AZ

“Fənər”in daha 2 futbolçusu zədələndi

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi İsmail Yüksek sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu Super Liqanın XXIII turu gerçəkləşən "Alanyaspor"la səfər matçında (2:0) zədələnib.

Futbolçuların 2 həftə yaşıl meydanlarda uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəıçiləri Dieqo Karlos, Aleksandr Ciku, Rodriqo Bekao, Ceyden Ostervolde və Yusuf Akçiçek də zədəlidir (Bax).

16 yaşlı qazaxıstanlı “Çelsi”də

“Beşiktaş”dan növbəti transfer

Çempionlar Liqasında erkən final: "Mançester Siti" "Real Madrid"ə qarşı

"Siti" De Bruyneyə əvəzləyici tapıb

Messi yeni formada - FOTO

Seçilən
2
apasport.az

1Mənbələr