AZ

Aİ ABŞ-ın tariflərinə qarşı tədbirlərin müzakirəsini tez hesab edir

Finss.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Olof Gill brifinqdə bildirib ki, ABŞ prezidenti Donald Trampın vəd etdiyi Aİ mallarına gömrük rüsumları hələlik sadəcə təhdiddir, konkret bildiriş yoxdur və Aİ qarşıdurmadan qaçmaq istəyir.

"Gömrük rüsumları hələ tətbiq edilməyib. Ona görə də heç bir əks-tədbir yoxdur. Bu mərhələdə nələrin baş verə biləcəyi ilə bağlı təfərrüatlara, fərziyyələrə getməyəcəm. Hazırda konkret heç nə ilə bağlı bizə məlumat verilməyib", - o deyib.

"Avropa İttifaqı və ABŞ çoxdankı müttəfiqlərdir. Onlar çoxdan ortaq dəyərlərə əsaslanan tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurublar. Bu cür əməkdaşlıq ruhunda biz əlaqələrimizi davam etdirməyə çalışacağıq", - AK nümayəndəsi qeyd edib: "İndi tam qarşıdurmaya girməyin vaxtıdır".

Gill Avropa İttifaqını “dünyanın ən açıq iqtisadiyyatlarından biri” adlandırıb. Onun sözlərinə görə, Aİ-nin tətbiq etdiyi orta tariflər çox aşağıdır və malların 70%-dən çoxu Avropa İttifaqına tarifsiz daxil olur.

Seçilən
32
fins.az

1Mənbələr