AZ

Tramp fələstinlilər üçün “yeni yer” tikəcəyinə söz verib » AzadMedia.az


ABŞ prezidenti Donald Tramp Qəzza zolağının yenidən qurulması planında fələstinlilərin keçmiş ərazilərinə qayıtma ehtimalının olmadığını açıqlayıb və əlavə edib ki, onlar üçün yeni təhlükəsiz icmalar tikiləcək.

Tramp “Fox News” telekanalına müsahibəsində fələstinlilərin Qəzzaya qayıtmaq hüququ ilə bağlı sualı cavablandırarkən “Xeyr, onlar geri qayıda bilməzlər” deyib.

"İndi geri dönsələr, yenidən yaşamaq üçün illər keçəcək" deyən Tramp bölgənin indiki vəziyyətdə yaşamaq üçün əlverişli olmadığını qeyd edib.

O, Qəzzanın idarə olunmasına investisiya layihəsi kimi baxdığını da vurğulayıb.

Tramp əlavə edib ki, o, fələstinlilər üçün münaqişə zonalarından uzaqda yeni, daha təhlükəsiz qəsəbələr tikməyi planlaşdırır.
Seçilən
8
1
azadmedia.az

2Mənbələr