Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın ən reytinqli qrossmeysteri Şəhriyar Məmmədyarov qara fiqurlarla Misrətdin İskəndərovu məğlub edib. Ağ fiqurlarla mübarizə aparan Teymur Rəcəbov isə Rauf Məmmədovla xalları yarıya bölüb.
Qadınlar arasında Gülnar Məmmədova günün yeganə qalibi olub.
Azərbaycan çempionatı
Yarımfinal mərhələsi
Kişilər
Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0