AZ

HƏMAS girovların azad edilməsini təxirə salıb

Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

KONKRET.az-ın məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə özünün teleqram kanalında bildirib.

“Son üç həftə ərzində razılaşma şərtlərinin dəfələrlə pozduğunu müşahidə etdik. Bu səbəbdən fevralın 15-də azad edilməli olan məhbusların azadlığa buraxılmasını təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin şərtlərinə əməl etməlidir”, – o vurğulayıb.

HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını gecikdirməklə, Qəzza sakinlərinə atəş açmaqla və bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilməməklə razılaşmanın şərtlərini pozub.//Report

Seçilən
6
4
konkret.az

5Mənbələr