AZ

Tarixdə bu gün - 11 fevral

Bakı.TurkicWorld

1752 ABŞ-da ilk xəstəxana Pensilvaniyada açıldı.

1809 Robert Fulton buxar gəmisini patentləşdirdi.

1936 İstanbulda qar fırtınası: binalar uçub, 120-yə yaxın qayıq batıb.

1939 Lockheed P-38 təyyarəsi Kaliforniyadan Nyu-Yorka 7 saat 2 dəqiqəyə uçdu.

1945 Fevralın 4-də başlayan və Böyük Britaniyanın baş naziri Uinston Çörçill, ABŞ prezidenti Franklin Ruzvelt və SSRİ prezidenti İosif Stalini bir araya gətirən Yalta konfransı başa çatıb.

1953 SSRİ İsraillə diplomatik əlaqələri kəsdi.

1959 Türkiyə ilə Yunanıstan arasında Kipr Respublikasının qurulması ilə bağlı Sürix müqaviləsi imzalanıb.

1964 Tayvan Fransa ilə diplomatik əlaqələri kəsdi.

1964 Limassolda (Kipr) yunanlar və türklər arasında toqquşma baş verib.

1965 ABŞ prezidenti Lindon B. Conson hava və dəniz qüvvələrinə Şimali Vyetnam Xalq Respublikasındakı hərbi obyektləri bombalamağı əmr edir.

1971 ABŞ, Böyük Britaniya, SSRİ və digər ölkələr arasında beynəlxalq sularda nüvə silahından istifadə etməmək haqqında müqavilə imzalandı.

1979 İranda 15 illik sürgündən sonra 9 gün əvvəl ölkəsinə qayıdan Ayətullah Xameneyi tərəfdarları hökuməti ələ keçirib.

2000 Rumıniyada qızıl mədənindən sızan sianid Macarıstan sərhədindən axan Tisa çayında minlərlə heyvanın ölümünə səbəb olub.

2008 Almaniyanın Lüdviqshafen şəhərində yaşayış binasında baş verən yanğında ölən 9 türkün cənazəsi Qaziantepdə torpağa tapşırılıb.

2011 Misir prezidenti Hüsnü Mübarək uzun müqavimətdən sonra istefa verdiyini açıqlayıb.

Seçilən
10
turkic.world

1Mənbələr