AZ

“Yeni Klinika”nın adı “yeni” olsa da, iş qrafiki köhnə qalıb – FOTO

Bakıda fəaliyyət göstərən və adı yeni olsa da, iş qrafiki köhnə qaydada qalan “Yeni Klinika”da növbə çoxluğu vətəndaşların narazılığına səbəb olub. Klinikanın xidmətlərindən istifadə etmək istəyən şəxslər növbələrin həddindən artıq uzun olduğunu və işçi sayının azlığından narazıdırlar.
Şikayətçilər bildirib ki, xüsusilə qeydiyyat şöbəsində cəmi bir nəfər işçi çalışır və nəticədə yüzlərlə insan uzun müddət gözləmək məcburiyyətində qalır. Bu vəziyyət, xüsusilə analiz cavablarını almağa gələn vətəndaşlar üçün ciddi çətinlik yaradır. Pasiyentlər problemin tezliklə həll olunmasını, əlavə personal ayrılmasını və xidmətin daha səmərəli təşkil olunmasını tələb edirlər.

media-5e89a009-83bb-461b-a033-ea8358f50f42media-a8bba3d2-7f06-40f6-81db-5fd2629fe75bmedia-ebd87b12-8860-4749-9fb5-19598ae3119e

Mənbə: patrulaz.az

Seçilən
7
patrulaz.az

1Mənbələr