Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Vladimir Zelenski axşam çıxışında bildirib.
“Mənim indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüm oldu. Söhbət dəstəkdən gedir - Ukrayna üçün daha 2 milyard dollar, bunlar bizim enerji sektorumuz, mənzil proqramlarımız, infrastruktur layihələrimiz üçün vəsaitdir. Dəstəyiniz üçün təşəkkür edirəm!" - Zelenski deyib.