"Qəzza heç kəsin deyil, mənim olacaq. Ora fələstinlilərin geri qayıtmaq hüququ belə olmayacaq".
Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.
O, Misir və İordaniyada Qəzzadakı fələstinlilər üçün daha təhlükəsiz və yaşana bilən ərazilərdə hər cür şəraitli evlər inşa edəcəklərini bəyan edib: "Biz onların olduğu yerdən bir az uzaqda təhlükəsiz yaşayış yerləri tikəcəyik. Yeri gəlmişkən, Qəzzaya mən sahib olacağam. Bunu gələcək üçün daşınmaz əmlakın inkişafı planı kimi düşünün, gözəl bir torpaq sahəsi olacaq".
"Deməli, fələstinlilərin geri qayıtmaq hüququ olmayacaq" sualına Tramp belə cabab verib: “Xeyr, olmayacaq, çünki onların daha yaxşı mənzilləri olacaq. Bəli, Qəzzaya sahiblənəndən sonra fələstinlilərin bir daha ora geri qayıtmaq haqqı olmayacaq. Düşünürəm ki, İordaniya və Misir bizə onların ərazisində fələstinlilər üçün ev tikməyə şərait yaradacaqlar. Bilirsiniz, biz onlara ildə milyardlarla dollar veririk".
Tahir Şəlvəli
MİA.AZ