AZ

"SAB" şirkəti işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA

Zəhmət Ruzi MMC (SAB)

Əmək haqqı hesablanması üzrə Mühasib

Son tarix 10 mar 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin işçilərinin əmək haqqı, mükafat, bonus və digər ödənişləri barədə dəqiq hesablama əməliyyatları aparmalı və müvafiq hesabatları hazırlamalıdır.
  • İnsan Resursları şöbəsindən daxil olan aylıq iş vaxtı, məzuniyyət, əmək qabiliyyətinin olmaması, əmək fəaliyyətinin digər aspektləri ilə bağlı məlumatlara əsasən ödənişlərin hesablanmasını və icrasını həyata keçirməlidir.
  • Əmək haqqıdan qanunvericilikdə nəzərdə tutulan tutulmaları, eləcə də Cəmiyyətin Baş İcraçı Direktorunun təsdiq etdiyi müvafiq əmr əsasında tutulmaları icra etməlidir.
  • Əmək haqqı ödənişi üçün lazımi məlumatların dəqiq və vaxtında Cəmiyyətin əmək haqqı hesablanması sisteminə daxil etməlidir.
  • Aylıq, rüblük və illik hesabatları hazırlamalı və rəhbərliyə təqdim etməlidir.
  • Cəmiyyətin işçilərinin əmək haqqı və digər ödənişləri, eləcə də əmək haqqıdan tutulmaları barədə məlumatları, digər maliyyə məlumatlarının məxfiliyini təmin etməlidir.
  • Rüblər üzrə Vahid bəyannaməni hazırlamalı və Vergi orqanına göndərilməsini təmin etməlidir.
  • Cəmiyyətin işçilərinin əmək haqqı ilə bağlı yaranan suallarını dəqiq və tələb olunan müddətdə cavablandırmalıdır.
  • Cəmiyyətin işçisi işdən azad olduqda ona son haqq-hesabın ödənilməsini son iş günündə və dəqiq şəkildə ödənilməsini təmin etməlidir.
  • Cəmiyyətin işdən azad edilmiş işçisinə ödənilmiş son haqq-hesabla bağlı məlumatlara ehtiyac olduqda (Dövlət Əmək Müffəttişliyi Xidmətinin müraciətinə cavab məktubunun tərkibində) müvafiq arayışı və hesablama cədvəllərini təqdim etməlidir.
  • Cəmiyyətin işçisi işdən azad olduqda Cəmiyyət qarşısında maliyyə və digər öhdəliklərinin olub-olmamasının araşdırılmasında iştirak etməli, öhdəliklər olduqda aidiyyəti şöbələri bu barədə rəsmi (elektron məktub) məlumatlandırmalı, maliyyə öhdəliklərinin icrası ilə bağlı qanunvericiliyin və Cəmiyyətin daxili prosedur qaydalarına uyğun tutulmaları təmin etməlidir.
  • Cəmiyyətin işçisinə dair məhkəmə, icra sənədi olduqda bu sənədlər əsasında əmək haqqıdan tutulmanı icra etməli və aidiyyəti üzrə ödənilməsini təmin etməli, ödəmələr barədə müvafiq qurumları tələb olunan müddət üzrə məlumatlandırmalıdır.
  • Cəmiyyətin işçiləri tərəfindən daxil olan müraciətlər əsasında avans ödənişlərini təşkil etməlidir.
  • Əmək qanunvericiliyindən və Cəmiyyətin daxili prosedur qaydalarından irəli gələn sənədləşmə işlərini aparmalıdır.
  • Cəmiyyətə yeni işə qəbul olunmuş işçilərə əmək haqqı kartlarını sifariş etməli və kartlar hazır olduqdan sonra müvafiq işçilərə təhvil-təslim prosesi əsasında təqdim etməli, əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərməlidir.
  • Paşa Həyat Sığorta (PHS) üzrə sənədləşməni və qeydiyyatı (qəbul edilmiş və göndərilən sənədlərin qeydiyyatı, qəbul edilən sənədlərin imzalanması və möhürlənməsi, işçilərə və PHS-na surətlərinin göndərilməsi) aparmalıdır. 
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə vaxtında işlənməsini təmin etməli, sosial sığorta ayırmaları üzrə hesabat hazırlamalı və təqdim etməlidir.
  • Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları, ərizələri hazırlamalı və sualları cavablandırmalıdır.
  • Cəmiyyətin işçisi ezam olunduqda ona pul avansı və digər ödənişləri, yanacaqla təminat müraciətinin təmin edilməsini Cəmiyyətin daxili prosedur qaydalarına uyğun şəkildə icra etməli, işçi ezamdan qayıtdıqdan sonra avans hesabatını işçidən tələb etməli, hesabat əsasında ezamiyyə xərclərini işçiyə ödəməlidir.

Tələblər: 

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • Əmək haqqı hesablanması üzrə Mühasib kimi ən az 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi yaxşı
  • Peşəkar mühasib sertifikatı üstünlükdür;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3 ERP)  proqramını (Əmək haqqı bölməsini) orta səviyyədə bilmək.
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

İş şərtlərimiz:

  • Əmək haqqı: 1000 AZN (Net) 
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Nahar verilir 
  • Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev 38 

Maraqlanan şəxslərdən CV-ni Əmək haqqı mühasibi başlığı altında elektron poçt ünvanına göndərməkləri xahiş olunur. 

 

Aparıcı Mühasib

 Son tarix 10 mar 2025  - [email protected]

Vəzifə öhdəlikləri

Qaimə-fakturaların uçotunu aparılması, onların elektron informasiya sistemində doldurulmasının düzgünlüyünə, vaxtında verilməsinə və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etməlidir. 

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirməlidir.
  • Bütün hesab-fakturaların, xərc sənədlərini, müqavilə sənədlərini və onlardan irəli gələn aktları, qaimə-fakturaların  hazırlanması və qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişin icra edilməsi üçün hazırlamalıdır.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidir. 
  • Vergi, Statistika və digər dövlət nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasında iştirak etmək.
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etməli və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin etməlidir.
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirməlidir.
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etməlidir.
  • Hesabların uçotunun yoxlanılması: mühasibatlıq hesablarının dəqiqliyinin və uyğunluğunun yoxlanılması, uçot qeydlərinin və maliyyə hesabatlarının düzgünlüyünü təmin etməlidir.
  • Daxili və kənar audit yoxlaması və ya digər yoxlamalar zamanı daxil olan sorğuları vaxtında cavablandırmalı, sorğu edilmiş məlumatları Cəmiyyətin daxili prosedur qaydalarına əsasən təqdim etməlidir.
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələr üzrə məlumatları hazırlamalı və elektron uçotunu aparmalıdır.
  • Əsas vəsaitlərin alınması, amortizasiyası və ləğv edilməsinin qeydlərini aparmaq.
  • Əməliyyatların 1C (ERP) proqramında işlənməsi.

Tələblər 

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • Aparıcı mühasib olaraq ən az 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
  • Peşəkar mühasib sertifikatı üstünlükdür;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3 ERP)  proqramını orta səviyyədə bilmək.
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

İş şərtlərimiz:

  • Əmək haqqı: 1200 AZN (Net) 
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Nahar verilir 
  • Ünvan: Xırdaln şəhəri, Həsən Əliyev 38 

Maraqlanan şəxslərdən CV-ni Aparıcı Mühasib başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.

Seçilən
21
fed.az

1Mənbələr