Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
“Göztəpə” səfərdə xal itirdiyi halda, “Trabzonspor” öz meydanında qalib gəlib.
“Trabzonspor” - “Eyüpspor” - 1:0
Qol: Con Lundstram, 59
“Bodrumspor” - “Göztepe” - 0:0
Bu qələbə sayəsində xallarının sayını 29-a çatdıran “Trabzonspor” 9-cu pilləyə yüksəlib. “Eyüpspor” əvvəlki kimi 39 xalla 4-cü, “Göztepe” 35 xalla 5-ci pillədə qərarlaşıb. “Bodrumspor” isə 17 xalla 17-cidir.