AZ

HƏMAS israilli girovların azad edilməsini təxirə saldı

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salıb.

 

Sfera.az xəbər verir ki, fevralın 15-də evlərinə qayıtması nəzərdə tutulan girovlar İsrailin atəşkəs sazişini pozması səbəbindən buraxılmayacaq.

 

Bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə öz "Telegram" kanalında açıqlama yayıb:

 

"Son üç həftə ərzində qarşı tərəfin razılaşmanın şərtlərini daim pozduğunu müşahidə edirdik. Buna görə də fevralın 15-də buraxılmalı olan girovların azad edilməsini daha sonrakı tarixə təxirə salmaq qərarına gəldik. İsrail sazişin şərtlərinə əməl etməli və son həftələrdə vurduğu zərəri geri qaytarmalıdır".

Seçilən
13
9
sfera.az

10Mənbələr