AZ

Zahidə Günəş həyat yoldaşından xəyanətə görə ayrılıb

Müğənni Zahidə Günəş həyat yoldaşından ayrılıb. 

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, "7 Tamam" verilişində qonaq olan ifaçı xəyanətə görə ayrıldığını bildirib:

"Bu mənim taleyimə yazılan yazı idi və onu yaşadım. Bitdi... Əsas budur ki, taleyimlə barışıram. Artıq münasibətimiz ola bilməz. Dünənə qədər yeddi aydır maşınımın üstünə güllər düzürdü, barışmaq istəyirdi. Amma dünənə qədər... Xəyanətdən başqa hər şeyi bağışlamaq olar. Xəyanət edib və and içmək ki, olmayıb... O xəyanəti sübut etdikdən sonra necə olar? Onunla çörək kəsdiyimə belə təəssüf edirəm. Kamera görüntüləri ilə xəyanətini sübut etdim. Övladıma qurban olsun, heç yerdə göstərmədim".

Qeyd edək ki, ifaçı 2023-cü ildə ikinci dəfə ailə qurduğunu açıqlamışdı.

Seçilən
16
olke.az

1Mənbələr