Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfirini Rusiya təyyarəsinin hava sərhədlərini pozduğu üçün iqamətgahına çağırıb.
AzNews.az xəbər verir ki, bu barədə Finlandiya agentliyi X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, Finlandiya Xarici İşlər Nazirliyi hava məkanına müdaxilə ilə bağlı araşdırma aparılmasını tələb edib.
Hadisənin təfərrüatları verilmir.