Gəncədə qohumlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1988-ci il təvəllüdlü R.Novruzlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 37 yaşlı kişi əməliyyat edilib. Məlumata görə, R.Novruzlu dayısı tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.(APA)