AZ

Minlərlə şimali koreyalı Rusiyada işləməyə GÖNDƏRİLİB

Cənubi Koreya kəşfiyyatı ötən il minlərlə şimali koreyalı işçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Rusiyada işləməyə göndərilməsinə dair məlumatlara sahib olduğunu açıqlayıb.

"Unikal" Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Milli Kəşfiyyat Xidməti şimali koreyalı fəhlələrin ucuz işçi qüvvəsi kimi Rusiyanın müxtəlif regionlarında əsasən tikinti sahələrində çalışdıqlarını bildirib. Qurum iddia edir ki, şimali koreyalı fəhlələrin Rusiyada əmək fəaliyyətinə cəlb olunması Ukrayna müharibəsi ilə bağlı ölkədə müşahidə olunan işçi qüvvəsi çatışmazlığı ilə bağlıdır.

Milli Kəşfiyyat Xidməti hesab edir ki, koreyalı fəhlələr tələbə vizası ilə Rusiyaya keçib.

Seçilən
13
unikal.az

1Mənbələr