AZ

“Real”ın “Mançester Siti” ilə ilk oyun üçün heyəti açıqlandı

style='margin-bottom:10px;'>

“Real”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti”yə qarşı keçirəcəyi ilk oyun üçün heyəti açıqlanıb. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sifariş vərəqəsində 23 futbolçunun adı yer alıb.

“Real”ın heyəti belədir:

Qapıçılar: Kurtua, Lunin, Mestre;

Müdafiəçilər: Valyexo, Fran Qarsiya, Mendi, Yakobo, Asensio, Lorenso;

Yarımmüdafiəçilər: Bellingem, Kamavinqa, Valverde, Modriç, Tçuameni, Gülər, Sebalyos, Çema;

Hücumçular: Vinisius, Mbappe, Rodriqo, Endrik, Brahim Dias, Qonsalo.

Qeyd edək ki, “Real”ın “Mançester Siti”yə qarşı səfərdə keçirəcəyi ilk matç fevralın 11-dən 12-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək. 

Seçilən
3
teleqraf.com

1Mənbələr