AZ

“Neftçi”də braziliyalı vinger – rəsmi

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” braziliyalı vinger Aleks Fernandeşi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı oyunçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Fernandeş Rusiyanın “Baltika” klubundan icarəyə götürülüb. O, bu mövsüm 18 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Seçilən
34
futbolpress.az

1Mənbələr