AZ

Naxçıvanda hərbi sursatlar aşkar edilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Dogru.az  xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 76 ədəd 30 mm-lik AQS mərmisi, 36 ədəd 20 mm-lik PK mərmisi, 9 ədəd 30 mm-lik 2A42 top mərmisi, 9 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd AK-74 avtomat darağı, 10 ədəd qumbaraatan mərmisinin aparıcı qüvvəsi, 110 mm-lik D-40 topun mərmisi, 2 ədəd Smerç raketinin stabilizator bloku olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

image-0c780c2b-a11b-337e-94f8-b55b9b82856f image-4ee256cf-8162-38a8-b416-4d84962da219 image-12d6b9ce-62dd-3239-b5d7-3d95891c417b image-45c9f8d1-031d-3ca4-806e-d76d6c52bfc5 image-0607f159-aeb8-3b7c-aa45-4c6d99735ab2 image-295975ec-4ef4-3989-ad22-b88f1e482946_850 image-e7277b82-53e5-37c3-a117-1fbd792fe4fa image-f919edba-aba6-3f49-9245-c29e5ff75155

Seçilən
86
49
dogru.az

10Mənbələr