AZ

Joze Mourinyo türk futbolu ilə bağlı şok sözlər dedi: "Bu ölkənin uşaqların "çirkli idman"la böyüməsini istıəmirəm"

"1907 ÜNİFEB" Dərnəyinin 2024-cü il üçün təşkil etdiyi "Parlaq Gələcək Mükafatları" mərasimində mükafata layiq görülən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo dünyanın dfiqqətini Türkiyəyə çəkən şok çıxış edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyə futbolçunda "çirkli oyunlar" getdiyinə işarə vuraraq, buna qarşı mübarizəyə çağırış edib.

Mourinyo bildirib ki, indiyədək 4 fərqli ölkədə işləyib: "Hər ölkədə dili çox asan öyrəndim, amma tərcüməçilərim çox yaxşı olduğu üçün Türkiyədə türkçəni öyrənə bilmədim. Bu mükafat mənim üçün çox böyük işdir, ancaq hesba edirəm ki, bunu mən deyil, klubumuz haqq edir. Mən sadəcə bu klubun simasıyam. Mən hansı ölkəyə gedirəmsə, əvvəlcə  o ölkəni qucaqlayıb, onu öyrənməyə, mədəniyyətini mənimsəməyə  çalışıram. Türkiyə və buradakı insanlar heyranedicidir. Lakin mən bu ölkədə böyüyən uşaqların "çirkin idman"la böyüməsini istəmirəm. Buna qarşı sacaşmalı, mübarizə aparmalıyıq. Bunun üçün yeganə yol ədalətli və şəffaf oyunlardır..."

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
9
mia.az

1Mənbələr