AZ

Türkiyədə yeni çat aşkarlandı - Fəlakətə səbəb olacaq

Almaniyanın Göttingen Universitetinin tədqiqatçıları Türkiyənin cənub-şərqindən İranın şimal-qərbinə qədər uzanan böyük bir çat aşkar ediblər.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın rəhbəri Dr. Renas Koşnav bildirib ki, bu tektonik boşluq bölgəni aşağıya doğru çəkir və daha çox çöküntü toplanması üçün yer yaradır. O, həmçinin qeyd edib ki, bu çat Türkiyədən İraqa doğru yayılır.

Bu kəşf yer qabığının dərinliklərində baş verən tektonik proseslərin daha yaxşı başa düşülməsinə kömək edə bilər. Tədqiqatçılar qeyd edirlər ki, bu proseslərin daha yaxşı anlaşılması gələcək geoloji dəyişikliklərin proqnozlaşdırılmasına və zəlzələ risklərinin qiymətləndirilməsinə töhfə verə bilər.

Geoloq professor Naci Görür də Bitlis-Zaqros qırılma xəttində baş verən zəlzələlərin Diyarbəkirdə böyük fəlakətə səbəb ola biləcəyini və şəhərin zəlzələyə davamlı olması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Bu tapıntılar Türkiyənin cənub-şərq bölgəsində zəlzələ riskinin artdığını göstərir və müvafiq tədbirlərin görülməsinin vacibliyini önə çıxarır.

Fidan
Milli.Az

Seçilən
33
3
milli.az

4Mənbələr