AZ

Sezen Aksu beş ildən sonra qayıdır

Türk pop musiqisinin ulduzu Sezen Aksu 5 ildən sonra pərəstişkarlarına böyük sürpriz etməyə hazırlaşır.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu il 70 yaşını qeyd edəcək olan müğənni çoxdan gözlənilən yeni albomunu təqdim edəcək.

“Paşa Gönlümün Şarkıları” adını verdiyi albomda Sezen Aksunun köhnə mahnılarından səkkizinin yeni aranjemanları və üç tamamilə yeni mahnısı yer alacaq.

Son hazırlıqları davam edən albomun 14 fevral Sevgililər Günündə işıq üzü görməsi planlaşdırılır.




Seçilən
4
qafqazinfo.az

1Mənbələr