AZ

Suriya qüvvələri Rusiya ordusunun bazaya girişinə icazə vermədi

Suriya Müdafiə Nazirliyi Rusiya konvoyunun Tartus əyalətindəki bazaya daxil olmasına icazə verməyib. Metbuat.az xəbər verir ki, Rusiya konvoyu Latakiya vilayətinin Ceblah rayonundakı Xmeymim hərbi hava bazasından yola düşüb. Məlumata görə, raket daşıyan 30 maşından ibarət Rusiya karvanı Tartus istiqamətində hərəkət edib. Rus karvanı yeni hökumətin Müdafiə Nazirliyinə bağlı hərbi qüvvələr tərəfindən Tartusda keçid məntəqəsində xeyli gözlədilib. Məlumata görə, rusların Tartusa girməsinə icazə verilməyib. Ardınca Rusiya konvoyu Xmeymim bazasına qayıdıb.

Məlumata görə, bu, Suriyada hərbi və siyasi dairələrdəki gərginliyin göstəricisi kimi irəli sürülüb. Qeyd edək ki, Rusiya Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hərbi qüvvələrini Latakiyadakı Xmeymim hava bazasına çəkib.

Seçilən
6
metbuat.az

1Mənbələr