AZ

Bu gecə “Xızır Nəbi” bayramıdır

Fevralın 10-dan 11-nə keçən gecə qeyd olunan \"Xızır Nəbi” bayramı yazın gəlişinin ilk müjdəçisi sayılır.
 
AZXEBER.COM xəbər verir ki, bayram su, torpaq və alovun qovuşduğu xan çinarı ətrafında tonqal yandırmaqla qeyd edilir.
 
İnanca görə, bu gündən sonra qışın çətinlikləri geridə qalır, yazın nəfəsi duyulmağa başlayır.
 
Ənənəyə əsasən, evlərdə qovud hazırlanır ki,  bu da \"Xızır Nəbinin” bolluq və bərəkət gətirdiyinə inamla bağlıdır.

Kənd sakinləri bu bayramı hər il eyni coşqu ilə qeyd edərək yazın gəlişini qarşılayırlar.
 
Aysel
Seçilən
35
1
azxeber.com

2Mənbələr