AZ

"Tüstü detektoru" sosial mediaya gəlir?

Sosial mediada tütünü təbliğ edən məzmun Yaşıl Aypara tərəfindən dəstəklənən süni intellekt proqramı sayəsində aşkar ediləcəyi barəsində yayılan məlumatlar insanlar arasında böyük marağa səbəb olub.

News24.az bildirir ki, Xalq Sağlamlığı Araşdırmaçısı Dr. Hüseyin Küçükali 5 il əvvəl İstanbul Cerrahpaşa Universitetində (İUC) siqaret və digər tütün məmulatlarının istifadəsini təşviq edən sosial media məzmunu ilə bağlı araşdırmalara başlayıb. 

Yeşilay tərəfindən də dəstəklənən araşdırma çərçivəsində sosial mediada tütün istifadəsini təşviq edən məzmunu aşkar etmək üçün süni intellekt dəstəkli proqram hazırlanıb. Tütün şirkətlərinin gənclərə üz tutduğunu bildirən Küçükali, xüsusilə son illərdə ortaya çıxan elektron siqaretlərlə tütün məmulatlarının tanıtımında bir sürətlənmənin olduğunu da qeyd edib.

Türkiyədə sosial mediada tütün təbliğatının qadağan edildiyini vurğulayan Küçükali proqram təminatı ilə məzmunu aşkar edib, aidiyyatı orqanlara bildirə biləcəklərini bildirib.

Zəhraxanım Şeydayeva

Seçilən
20
news24.az

1Mənbələr