"Qalatasaray" - "Adana Demirspor" qarşılaşmasında yaşanan olaylardan sonra "Fənərbağça"nın derbidə iştirak edib-etməyəcəyi sual altında idi.
Offsideplus.az xəbər verir ki, Türkiyə mətbuatı "sarı-lacivərtlər"in yaşananlarla bağlı "Qalatasaray"ı UEFA-ya şikayət edəcəyi barədə məlumat yayıb. Bundan əlavə, fevralın 23-də keçiriləcək Türkiyə derbisini təxirə salmaq ehtimalı gündəmdə idi.
"Ekol TV"nin son məlumatına görə, "Fənərbağça" "Qalatasaray" derbisinin təxirə salınması ilə bağlı müraciət etməyəcək. Görüş 23 fevralda baş tutacaq.