AZ

Uşaq bağçasına dron HÜCUMLARI

Kursk vilayətinin Yubileynıy şəhərindəki uşaq bağçasında PUA düşməsi nəticəsində yanğın baş verib.

News24.az bildirir ki, bu barədə regional əməliyyat qərargahının Telegram kanalında məlumat verilib. Məlumatda qeyd olunur ki, bütün lazımi struktur və idarələrin nümayəndələri tez bir zamanda hadisə yerinə gəliblər.

Birmərtəbəli binada yanğının sahəsi 350 kvadratmetr olub. Əməliyyat qərargahından bildirilib ki, yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda uşaqların başqa müəssisələrə yerləşdirilməsi məsələsi üzərində iş aparılır.

Zəhraxanım Şeydayeva


Seçilən
16
news24.az

1Mənbələr