AZ

Pişik 1 ay mənzildə kilidli saxlanıldı

Yaponiyada pişik sahibi tərəfindən tam bir ay mənzildə kilidli qalıb.

News24.az bildirir ki, onun sahibi ev heyvanını orada qoyaraq kirayə qaldığı evi tərk edib. Yerli heyvanların rifahı təşkilatı Animal Rescue Tanpopo avqust ayında pişiyi dəhşətli vəziyyətdə tapıb. 

Heyvanı xilas etməyə gələn könüllülərdən biri tualetin yanında tapdığı pişiyin əvvəlcə sağ qalmadığını düşünsə də, taqətdən düşmüş heyvanın huşunu itirdiyi məlum olub. Onlar pişiyi baytarlıq klinikasına aparıblar, orada həkimlər onu sağaldıblar.

Onun keçmiş sahibi isə tapılaraq heyvanlara qarşı amansızlıqda şübhəli bilinərək həbs edilib.

Zəhraxanım Şeydayeva

Seçilən
14
news24.az

1Mənbələr