AZ

İldırım futbol matçında 4 nəfəri öldürdü

Kolumbiyanın Kajibio bələdiyyəsində qadınların futbol matçını ildırım vurması nəticəsində 4 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə sözügedən ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Agentli məlumat yayıb. Hadisə qadın futbolu üzrə yerli turnirin final oyunu zamanı baş verib. Matç zamanı yağış yağmağa başlayıb və bu, insanların çoxunun qapalı məkana getməsinə səbəb oldu. Lakin bəziləri çöldə qalıb. Qeyd olunur ki, sonradan vəfat edən iki yaralı ildırım vuran zaman ağacın altında olub.

Seçilən
0
1
sia.az

2Mənbələr