AZ

Zelenski: Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.

“Far.Az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.

"Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüm oldu. Söhbət Ukraynaya daha 2 milyard dollar dəstəkdən gedir, bunlar enerji, mənzil proqramları, infrastruktur layihələrinə ayrılan vəsaitdir. Köməyə görə minnətdaram", - Zelenski deyib.

Bundan əvvəl ölkənin baş naziri Denis Şmıqal bəyan etmişdi ki, AİB Ukraynada 116,5 milyon avro məbləğində sosial layihələri maliyyələşdirəcək.

Seçilən
30
8
far.az

10Mənbələr