AZ

KİV: ABŞ Ukraynada nizamlanma ilə bağlı Avropanın rəyini nəzərə almaq istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası avropalı müttəfiqlərin rəyini nəzərə almaq üçün Ukraynada nizamlanma planının hazırlanmasını dayandırıb.

APA xəbər verir ki, bu barədə “Daily Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq avropalı diplomatlara bildirib ki, o, sülh planının formalaşdırılması və digər hökumətlərin sülh prosesinə hansı töhfələr verə biləcəyi ilə bağlı fikirləri dinləyəcək.

Kelloqq bu danışıqları NATO üzvü olan ölkələrin Baş nazirləri və prezidentləri ilə aparacağına söz verib.
Seçilən
18
1
sherg.az

2Mənbələr