AZ

Yeni nəsil iPhone SE 4

Apple bu həftə iPhone SE-nin yeni nəslini təqdim etməyi planlaşdırıb.

News24.az bildirir ki, bu barədə MacRumors tanınmış insayder və Bloomberg-in jurnalisti Mark Qurmanın Power On bülleteninin yeni buraxılışına istinadən məlumat verib. Apple ilə bağlı dəqiq proqnozları ilə tanınan Gurman, yeni iPhone SE-nin elanının "bu həftə baş tutacağını" açıqlaylıb.

Qeyd edilir ki, Apple xüsusi bir tədbir planlaşdırmır, buna görə də yeni iPhone SE çox güman ki, Apple Newsroom saytında dərc olunan press-reliz vasitəsilə təqdim olunacaq.

Bundan əlavə, iPhone SE 4-ün (qeyri-rəsmi mənbələrdə belə adlandırıldığı kimi) iPhone 14 və iPhone 16-nın dizayn elementlərini və funksionallığını birləşdirəcəyinə aid fikirlər də var.

Zəhraxanım Şeydayeva

Seçilən
29
news24.az

1Mənbələr