Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyun cədvəli açıqlanıb.
Sportinfo.az xəbər verir ki, finala vəsiqə uğrunda mübarizə fevralın 12-də başlayacaq.
Mərhələ “Zirə” – “Aznur” görüşü ilə start götürəcək. Digər qarşılaşmada “Birbaşa Bakı” “Qalaksi” ilə üz-üzə gələcək.
Görüşlər Bakı Tennis Akademiyasında baş tutacaq.
Yarımfinal, ilk oyunlar
19:30. “Zirə” – “Aznur”
21:00. “Birbaşa Bakı” – “Qalaksi”