“Beşiktaş” transfer dövrünün son günlərində müdafiə xəttini gücləndirmək məqsədilə üçüncü transfer hədəfini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi “MKE Ankaragücü” formasını geyinən 18 yaşlı gənc stoper Arda Ünvarı transfer etmək istəyir. “Ağ-qaralar”ın rəhbərliyi paytaxt təmsilçisi ilə rəsmi görüşmələrə başlayaraq, Arda Ünvarın transfer şərtlərini müzakirə edib.
Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm “MKE Ankaragücü” forması ilə 1. Liqa matçlarında üç dəfə forma geyinib.