Münhenqladbax "Borussiya"sının yarımmmüdafiəçisi Florian Noyhaus karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Beşiktaş" alman futbolçunu heyətinə qatmağa yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul nəhənginin 27 yaşlı yarımmüdafiəçinin icarəyə götürülməsi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, "Borussiya" Florian Noyhausu 2018-ci ilin yayında "Fortuna"dan transfer edib. Almaniya millisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta