Bakı. Trend:
Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 2 milyard dollarayırıb.
Trend-inməlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskibildirib.
"Mən indicə AİB-nin rəhbəri ilə görüşdüm. Söhbət dəstəkdən gedir- Ukrayna üçün daha 2 milyard dollar. Bunlar enerji sektorumuza,mənzil proqramlarımıza və infrastruktur layihələrimizə ayrılanvəsaitdir. Mən köməyə görə minnətdaram!", - deyə Zelenski qeydedib.
Daha əvvəl ölkənin Baş naziri Denis Şmıxal AİB-nin Ukraynadasosial layihələri 116,5 milyon avroya ayıracağını açıqlamışdı.