Vaşinqton, 11 fevral, AZƏRTAC
HƏMAS qalan bütün girovları şənbə günü günortaya qədər azad etməzsə, İsraillə HƏMAS arasında atəşkəs razılaşması ləğv edilməlidir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O, bunun öz fikri olduğunu deyib və son qərarı yenə də İsrailin verəcəyini açıqlayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton