Anqola Səhiyyə Nazirliyi 2025-ci ilin əvvəlindən indiyədək vəba xəstəliyinə 2 880-dən çox yoluxma halı qeydə alıb.
Viral.az xəbər verir ki, bu barədə “Angop” agentliyi mazirliyə istinadən məlumat yayıb.
Bildirilir ki, 97 xəstə vəfat edib.
Son Yazılar:
- İlin əvvəlindən Anqolada azı 3 min insan vəbaya yoluxub
- İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham ETDİ
- Azərbaycan səfiri İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış etdi
Ən çox Luanda əyalətində yoluxma (1 425 hal) qeydə alınıb. Həssas qrupa iki yaşdan beş yaşa qədər olan uşaqlar daxildir. Onlar arasında 443 yoluxma və 12 ölüm halı aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, 2021-ci ildən dünyada vəba xəstəliyinə yoluxma halları artır. Ən kəskin vəziyyət Zambiyada müşahidə olunub. Bununla yanaşı, xəstəlik Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriyada yayılıb.