AZ

“Bloomberg”: Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər

Bakı, 11 fevral, AZƏRTAC

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Donald Trampa Ukrayna münaqişəsinə yaxın həftələrdə son qoymaq planını təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.

Kelloqun Almaniyada Münhen Təhlükəsizlik Konfransında, həmçinin Kiyevə və digər Avropa paytaxtlarına səfərləri zamanı rəsmilərdən məlumat alacağı gözlənilir.

Seçilən
15
3
azertag.az

4Mənbələr