İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarına gəlməsindən sonra İsrail Müdafiə Qüvvələrinə “ən yüksək hazırlıq” vəziyyətinə keçməyi əmr edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.
"Mən İsrail ordusuna Qəzza zolağında baş verə biləcək hər hansı ssenariyə qarşı yüksək hazırlıq vəziyyətinə keçməyi və sərhəddəki yaşayış məntəqələrini qorumağı əmr etdim", - deyə o bildirib.
HƏMAS-ın hərəkətlərinin atəşkəs razılaşmasının pozulması olduğunu vurğulayan Katz İsrailin “7 oktyabr reallığına qayıtmayacağını” qeyd edib.