Müəyyən konservlər hətta xərçəngə səbəb ola bilər.
Viral.az medicina.az-a istinadən xəbər veirr ki, teleaparıcı Sergey Aqapkin və dietoloq Marina Makişa bəzi konservləşdirilmiş qidaların xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Aqapkinin fikrincə, xarab olmuş, kiflənmiş konservləşdirilmiş məhsulların istehlakı xərçəngin inkişafına səbəb ola bilər.
Son Yazılar:
- Konservlər xərçəng yarada bilər – XƏBƏRDARLIQ
- Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlandı
- İlin əvvəlindən Anqolada azı 3 min insan vəbaya yoluxub
Mütəxəssis izah edib ki, bankalarda qara kif yarana bilər. Bu kif bədəndə toplanır və mürəkkəb gedişi və əlverişsiz proqnozu ilə qaraciyərin bədxassəli lezyonu (hepatosellüler xərçəng) yaranmasına səbəb ola bilər.
Bu nəticəyə regionların birində xərçəngin bu növünün yayılmasını təhlil edən tədqiqatçılar gəlib. Onlar qaraciyər xərçəngi ilə qara kif əlaqə tapıblar.
Öz növbəsində Makişa əlavə edib ki, əgər məhsulda, o cümlədən konservlərdə hər hansı kif aşkar edilərsə, o zaman bakteriyaların təsir etdiyi hissənin kəsilməsi və ya çıxarılması kifayət deyil. Bu halda bütün məhsul atılmalıdır.