AZ

Hər gün südlü çay içən qızın böyrəkləri - sıradan çxıdı

Vyetnamda südlü çayı o qədər sevən gənc qadına böyrək çatışmazlığı diaqnozu qoyulub.

Azreform.info “Medicina”ya istinadən xəbər verir ki, 28 yaşlı qadın yeniyetməlik illərindən hər gün iki-üç stəkan südlü çay içirdi. O, nahar və ya şam yeməyini də sevimli şirin içkisi ilə əvəz edirdi.

Bir il əvvəl onda şişlik və nəfəs darlığı yaranıb. Həkimlər dərhal böyrək problemlərindən şübhələndilər. Ona xroniki böyrək çatışmazlığı diaqnozu, hipertoniya və qan azlığı diaqnozu qoyulub.

Həkimlərin fikrincə, südlü şirin çayın müntəzəm istifadəsi və düzgün qidalanma rejiminin olmaması xəstəliyin inkişafına səbəb olub.

Böyrək çatışmazlığının əsas əlamətləri:

ifraz olunan sidik miqdarının azalması;
letarji, yuxululuq;
ürəkbulanma, qusma;
iştahsızlıq;
taxikardiya, artan qan təzyiqi;

Seçilən
3
2
azreform.info

3Mənbələr