Bakı. Trend:
Tovuz rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İbrahimhacılıkəndində sahəsi 20 m² olan qazanxanın dam örtüyünün taxta atmaları10 m² sahədə və içərisində ətrafa dağılan yağ qalıqları 6 m² sahədəyanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.