AZ

ABŞ-nin xüsusi elçisi Ukrayna ilə planı gələn həftələrdə Trampa təqdim edəcək

Bakı. Trend:

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi KeytKelloq yaxın həftələrdə Donald Trampa Ukrayna ilə bağlı sülhvariantlarını təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyiməlumatlı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Kelloq Almaniyada Münhen TəhlükəsizlikKonfransında, Kiyevə və digər Avropa paytaxtlarına səfərləri zamanırəsmilərdən məlumat toplayacaq. Eyni zamanda qeyd edilib ki, ABŞ-ınxüsusi nümayəndəsi bu səfər zamanı Moskvaya səfər etməyiplanlaşdırmır.

Kelloqun Avropa rəsmiləri ilə hər hansı sülh nizamlanmasınıntəmin edilməsi üçün çəkindirici qüvvənin təmin edilməsində liderliketməyə hazır olduqlarını müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, mənbələr Kelloqun müttəfiqlərini müdafiəxərclərini artırmağa çağıracağını bildiriblər.

Seçilən
11
az.trend.az

1Mənbələr