AZ

Deputatın ölkəyə girişinə QADAĞA QOYULDU

Azərbaycan Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevi persona non-qrata siyahısına əlavə edib və onun ölkəyə girişinə qadağa qoyub.

News24.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib və bəyanat  idarənin saytında dərc olunub.

Valuyevin Cənubi Qafqaz dövlətinə və onun xalqına qarşı səsləndirdiyi “təhqiredici bəyanatlar və təhdidlərə” görə Azərbaycan sərhədini keçməsi qadağan edilib”, - Hacızadə deyib.

O, həmçinin qeyd edib ki, bu, Dövlət Dumasının deputatlarının persona non-qrata siyahısına salınması ilə bağlı ilk hal deyil. Daha əvvəl bu siyahıya parlamentarilər Konstantin Zatulin və Vitali Milonov da qoşulmuşdu.

Zəhraxanım Şeydayeva

Seçilən
16
news24.az

1Mənbələr