Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki biznes təyyarəsinin toqquşması nəticəsində ən azı bir nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
Məlumata görə, şəxsi təyyarə uçuş-enmə zolağından çıxıb və park edilmiş eyni sinifdən olan təyyarəyə çırpılıb.
Təyyarələrdən birində dörd nəfər olub. Biri ölüb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Toqquşmada iştirak edən təyyarələrdən biri "Chromed in Hollywood" şirkətinin olub və amerikalı müğənni və qlam metal qrupunun vokalisti Mötley Crüe Vinc Nilindir.
Federal Aviasiya Administrasiyası verdiyi açıqlamada Skottsdeyl hava limanına uçuşların müvəqqəti olaraq dayandırıldığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.