Fevralın 11-də ABŞ prezidenti Donald Tramp ABŞ-a tədarük edilən bütün növ polad və alüminiuma 25% rüsum tətbiq edən fərman imzalayıb...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Yeni fərman “Şimali Amerika standartını” təqdim edir. Fərman bütün idxal edilən poladın “əridilməsini və tökülməsini”, alüminiumun isə bölgədə “əritilməsini və tökməsini” tələb edir. Agentlik qeyd edir ki, bu, Çindən ABŞ-yə minimal emal olunmuş poladın idxalını məhdudlaşdıracaq.
“Polad və alüminiuma rüsumları xarici dempinqlərə son qoyacaq, yerli istehsalı artıracaq və polad və alüminium sənayemizi Amerikanın iqtisadi və milli təhlükəsizliyinin təməl daşına çevirəcək” deyə ABŞ-nin ticarət müşaviri Peter Navarro fərmanı şərh edərkən deyib.
Peter Navarro əlavə edib ki, problem təkcə ticarətlə bağlı deyil.
“Bu, Amerikanın polad və alüminium kimi kritik sənayelər üçün heç vaxt xarici ölkələrə güvənməməsini təmin etməkdən ibarətdir”, deyə Trampın müşaviri vurğulayıb.
Poliqon.info