ABŞ prezidenti Donald Tramp inaqurasiya mərasimindən sonra Çin lideri Si Tsinpinlə danışdığını bildirib...
Poliqon xəbər verir ki, ABŞ lideri bu barədə Fox News telekanalına müsahibəsində bildirib.
Tramp televiziya kanalının Si Tinpinlə mümkün söhbətlə bağlı sualını cavablandırarkən Çin lideri ilə danışdığını təsdiqləyib.
ABŞ prezidenti qeyd edib ki, onun ÇXR sədri ilə çox yaxşı şəxsi münasibətləri var.
Qeyd edək ki, yanvarın 31-də Trampın Si Tsinpin və Vladimir Putinlə təmaslarını şərh etməkdən imtina etdiyi, lakin vəziyyətin “çox yaxşı” inkişaf etdiyini bildirmişdi.
Yanvarın 27-də Si Tsinpin bildirib ki, Çin və ABŞ tərəfdaş və dost ola bilərlər.
Yanvarın 25-də Çinin Vaşinqtondakı səfiri Se Fen bildirib ki, ABŞ və Çin arasında qarşıdurma və münaqişə fəlakət olacaq.
Poliqon.info