AZ

İsrail Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Fələstinin Həmas qruplaşması əvvəllər bağlanmış razılaşmaya uyğun olaraq girovları azad etməyi dayandırmaq niyyətini elan etdikdən sonra İsrail Müdafiə Qüvvələri (IDF) Cənub Komandanlığı bölgəsində həyəcan səviyyəsini artırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunub ki, vəziyyət qiymətləndirildikdən sonra hazırlıq səviyyəsinin artırılması və Cənub Komandanlığının əməliyyat hissələrinin əsgərlərinin məzuniyyətlərinin təxirə salınması barədə qərar qəbul edilib.
Bundan əlavə, müdafiə tapşırıqlarının həlli üçün ərazinin əlavə bölmələrlə əhəmiyyətli dərəcədə gücləndirilməsi qərara alınıb.

Bazar ertəsi HƏMAS-ın hərbi sözçüsü Əbu Ubaida hərəkatın Qəzza zolağında saxlanılan və fevralın 15-də evlərinə dönməli olan yeni girov qrupunun azad edilməsini təxirə saldığını açıqlayıb.
HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin geri qayıtmasını gecikdirməklə, Qəzzalılara atəş açmaqla və lazımi miqdarda bütün növ humanitar yardımı çatdırmamala razılaşmanın şərtlərini pozub.

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın girovların azad edilməsi prosesini dayandırmaq barədə açıqlamasını "müqaviləni pozmaq" adlandırıb və hərbçilərə Qəzza zolağı ilə bağlı "istənilən ssenariyə" hazırlaşmağı tapşırıb.

Seçilən
3
ucnoqta.az

1Mənbələr