ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq jurnalistlərə deyib ki, ABŞ həmişə Amerika istehsalı olan silahları satmağı sevir, çünki bu, iqtisadiyyatımızı gücləndirir...
Poliqon xəbər verir ki, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin sözlərini Reuters Agentliyi yayıb.
Agentlik yazır ki, administrasiya rəsmilərinin Avropa ilə silah müqaviləsinə Vaşinqtona Amerika vergi ödəyicilərinin pullarını xərcləmədən Kiyevi dəstəkləməyə imkan verəcək potensial həll yolu kimi baxdıqları güman edilir. NATO-nun baş katibi Mark Rutte də bəyan edib ki, Avropa Ukraynaya görə Amerika silahlarının pulunu ödəyəcək.
Reuters Agentliyi həmçinin bildirib ki, Tramp administrasiyası Moskva ilə mümkün sülh danışıqları ərəfəsində Avropa müttəfiqlərini Bayden administrasiyası dövründə olduğu kimi Ukrayna üçün daha çox Amerika silahı almağa sövq etməyi planlaşdırır. Agentlik bu barədə məsələ ilə bağlı məlumatlı iki şəxsə istinadən məlumat yayıb.
Qeyd edək ki, Kelloq bu həftə cümə günü başlayacaq Münhen Təhlükəsizlik Konfransında Avropa müttəfiqləri ilə belə bir yanaşmanı müzakirə edəcək. Məqalədə deyilir ki, bu məlumat təsdiqlənərsə, bu, Ukrayna liderlərini silah axınının davam edəcəyinə inandıra bilər.
Poliqon.info